“Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də normativ sənədlərdən istifadə edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu tələblərdə aşağıda qeyd olunan normativ sənədlərdən istifadə edilib:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu;

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı;

“Elektrik qurğularının quraşdırılması Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmişdir);

“Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2023-cü il tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmişdir);

AzDTN 2.1-1Yüklər və təsirlər;
AzDTN 2.12-4Binaların istilik mühafizəsi. Layihələndirmə normaları;
DTN 2.02-01-97Bina və qurğuların yanğın təhlükəsizliyi;
TN və Q 3.03.01-87Yükdaşıyan və qoruyucu konstruksiyalar;
TNvəQ 2.04.09-84Bina və qurğuların yanğın avtomatikası;
TN və Q 2.01.01-82İnşaat klimatologiyası və geofizika;
DÜİST 12.2.007.0-75Əməyin mühafizəsi standartları sistemi. Elektrotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri;
RS 34.21.122-87Bina və qurğuların ildırımdan mühafizəsinin qurulması üzrə təlimat.

Qeyd: Mətn üzrə işarələnmələr aşağıdakı kimi oxunur:

AzDTN – Azərbaycan Dövlət Tikinti Normaları;

TN və Q -Tikinti Normaları və Qaydaları;

DTN – Dövlətlərarası Tikinti Normaları;

RS – Rəhbəredici Sənəd;

DÜİST – Dövlət Ümumittifaq Standartı (dövlətlərarası standart).