Büdcə səviyyələri üzrə təşkilatların xərclərinin ödənilməsinə dair maliyyə əməliyyatlarının aparılması xərclər smetasında nəzərdə tutulan hədlər daxilində həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Göstərilən tələblər nəzərə alınmaqla Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə təşkilatların xərclərinin ödənilməsinə dair maliyyə əməliyyatları aşağıda göstərilən istiqamətlər müəyyən edilməklə aparılır:
– “Dövlət satınalmaları haqqında” qanuna və ya Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və ya mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclər üzrə;
– Dövlət satınalmaları haqqında” qanuna və ya Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və ya mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclər istisna olmaqla, digər xərclər üzrə.