Müraciət edildikdən sonra 3 iş günü ərzində Operator – Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən xəzinə hesabı açılır və aidiyyəti üzrə məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Açılmış xəzinə hesablarının siyahısı hər ilin yanvar ayının 10-dək Operator tərəfindən təsdiq edilir və Maliyyə Nazirliyinin internet səhifəsində dərc olunur. Həmin siyahı təsdiq edilənədək qanunvericilikdə müəyyən edilmiş ödənişlərin aparılması ötən büdcə ilində təsdiq edilmiş xəzinə hesablarının siyahısı əsasında həyata keçirilir.