Fotovoltaik enerji sisteminin yay mövsümündə istifadəsi nəzərdə tutularsa (optimal yay mövsümü), optimal maillik bucağının göstəricisi azaldıla, payız-qış mövsümündə istifadəsi nəzərdə tutulduğu halda optimal maillik bucağı artırıla və ya onun illik istismarı nəzərdə tutulubsa orta maillik bucağı təyin oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
İlin bütün fəsilləri üçün gün ərzində fotovoltaik modulların üzərinə kölgə düşməməli və ya onun qarşısı alınmalıdır.