İsidilməyən bina və qurğularda daxili suaxıdıcılar qurulduqda xarici havanın mənfi temperaturlarında boru kəmərlərində və su qəbul edən qıflarda buzun yaranması və qopub düşməsinin qarşısını almaq üçün müsbət temperaturu təmin edən tədbirlər (elektrik qızdırıcıları, buxarla qızdırma və s.) nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili suaxıdıcılar xarici yağış və ya ümumiaxımlı kanalizasiya şəbəkəsinə birləşdirilməlidir.
Daxili suaxıdıcıların məişət kanalizasiyasına, eləcə də sanitar-texniki cihazların daxili suaxıdıcı sistemə birləşdirilməsinə yol verilmir.