Düz damlarda fotovoltaik modulların quraşdırılması üçün korroziyaya uğramayan polad dayaq elementli alüminium profil konstruksiyalardan istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Bu cür konstruksiyaların üzərində panellər şaquli və ya üfüqi müstəvi üzrə cəhətlənməklə bir və ya bir neçə pillədən ibarət quraşdırılır.