Yerləşgələrin xarici və daxili divar konstruksiyalarının, hava və boru kəmərlərinin səs izolyasiyası xarici səs-küy mənbələrindən, həmçinin mühəndis sistemi avadanlıqlarından yaranan səs təzyiqinin DTN 2.04-03 üzrə yol verilən həddə qədər azaldılmasını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Evin yerləşgələrində aşağıdakılar nəzərdə tutulmalıdır:
– insolyasiya – şəhərsalma və tikintiyə dair normativ sənədlərin və sanitariya-gigiyena tələblərinə uyğun;
– təbii və süni işıqlanma – DTN 2.04-05-ə və sanitariya-gigiyena tələblərinə uyğun.