Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı, Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binanın üzərində binanın memarlığına zərər verərək qanunsuz tikinti aparıb.

Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, vətəndaşlıq aldıqdan sonra Türkiyədə otellər alaraq inşaat fəaliyyətinə başlayan İsrafil Abutalıbov İstanbulun  Fatih rayonunda birn çox mülk alıb.

Belə ki, 2017-ci ildə Küçükayasofya məhəlləsində 2 tarixi, bir də qismən tarixi bina olan 3 mülkü satın alan İsrafil Abutalıbov bərpa işləri zamanı binaların üzərində qanunsuz tikinti aparıb. Şikayətlərdən sonra bina möhürlənsə də, inşaat davam edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsi, Fatih Bələdiyyəsi, Ətraf Mühit və Şəhərçilik Nazirliyi, Dərnəklər Baş İdarəsinə şikayətlərdən sonra araşdırmalar aparılıb və qanunsuz müdaxilələrin olduğu üzə çıxıb. Ancaq buna baxmayaraq, qanunsuz müdaxilə aradan qaldırılmayıb. Prokurorluğa müdaxilədən sonra isə 201-ci ildə araşdırmaya ehtiyac olmadığı açıqlanıb.

İsrafil Abutalıbov da öz növbəsində İlyas Bayezitdən prokurorluğa şikayət edib. O, İlyas Bayezitin şikayət etməkdə məqsədinin onu pulla hədələmək olduğunu əsas gətirib. Abutalıbov şikayətçinin “Mənə pul verməsən, səndən daha çox şikayət edəcəm” dediyini iddia edib. Beyazit isə Abutalıbovla görüşmək üçün onun ofisinə çağırıldığını, lakin sonradan bu görüşün “basqın” kimi təqdim edildiyini bildirib.