Su təchizatı sisteminin metal boru kəmərləri ilə metaldan hazırlanmış sanitar-texniki cihazlar və digər elementlər arasında potensial tarazlaşdırıcıların qoyulması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İçməli suyun keyfiyyətinin sanitariya-epidemioloji tələblərə uyğunluğu aşağıdakı vasitələrlə təmin edilir:
– içməli su təchizatı sistemləri və içməli su təchizatı mənbələrində içməli suyun keyfiyyətinə aid sanitariya-epidemioloji tələblərin ödənilməsinə dövlət nəzarətinin həyata keçirilməsi;
– içməli su təchizatı mənbələrinin istismarı zamanı istehsalat nəzarəti proqramlarının hazırlanması və yerinə yetirilməsi.