Mətbəx sobalarının qazla təchizatı üçün mərkəzləşdirilmiş qaz təchizatı olmadıqda evin xaricində, həm də daxilində maye karbohidrogen qazlı qaz balonları qurğularının yerləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu halda iki mərtəbədən çox olmayan evin daxilində qaz balonunun yerləşdirilməsi “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və AzDTN 2.13-1-in tələblərinə uyğun olmalıdır.