Satınalma müqaviləsi “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalan təşkilatla qalib təchizatçı (təchizatçılar) arasında malların satın alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq bağlanan və tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.

Mülki müqavilə  “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”nə uyğun olaraq satınalan təşkilatla (sifarişçi ilə) müqavilənin icraçısı arasında malların satın alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olaraq bağlanan və tərəflərin öhdəliklərini müəyyən edən sənəddir.