Yeraltı kanalizasiya boru kəmərlərində təftişlər diametri 0,7 m-dən az olmayan quyularda qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Quyuların dibi təftiş lövhəsi istiqamətində ən azı 0,05 mailliyə malik olmalıdır.
Kanalizasiya boru kəmərlərinin ən az basdırılma dərinliyi boruların daimi və müvəqqəti yüklərin təsirindən dağılmaqdan qorunması şərtinə görə qəbul edilməlidir.