Tikinti ərazisində xarici yağış kanalizasiyası mövcud olduqda suaxıdıcı sistemlərin suburaxıcıları kanalizasiya suburaxıcılarına verilən tələblərə əsasən nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Suaxıdıcıların buraxılışlarının çirklənməmiş tullantı sularını kənarlaşdıran sistemlər istisna olmaqla digər kanalizasiya sistemləri ilə bir kanalda çəkilməsinə yol verilmir. Yağış və ya ümumi axımlı kanalizasiya olmadıqda daxili suaxıdıcılardan suyun sukeçirməyən açıq novlara axıdılması nəzərdə tutulmalıdır.
Novun altında qruntun 0,2-0,3 m dərinliyə qədər sıxlaşdırılması nəzərdə tutulmalıdır. Avtomobil yollarının hərəkət hissəsinin və səkilərin altındakı novlar dəmir-beton lövhələrlə örtülməlidir.