Trapların necə qoyulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Traplar qoyulmalıdır:
– 50 mm diametrində – 1-2 duşu olan duşxanalarda; 100 mm diametrində – 3-4 duşu olan duşxanalarda;
– 50 mm diametrində – mehmanxana nömrələrinin, sanatoriyaların, kempinqlərin, turist bazalarının ictimai tualetlərinin döşəməsində; üç və daha çox unitaz və pissuarı olan ictimai tualetlərdə;
– 5 və daha çox əlüzyuyanı olan ictimai otaqlarda;
– 100 mm diametrində – yaşayış binalarının zibil kameralarında;
– istehsalat otaqlarında – döşəmələrin yaş silinməsinə ehtiyac olduqda və ya istehsalat məqsədləri üçün;
– qadınların şəxsi gigiyena otaqlarında.
Duş otağında hər 8 və bundan az duşa xidmət edən novda bir trapın qoyulmasına yol verilir.