Xərc smetasında dəyişikliklərin aparılması və həmin dəyişikliklərin “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”ndə (XİİS) nəzərə alınmasının hansı hallarda həyata keçirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Xərc smetasında dəyişikliklərin aparılması və həmin dəyişikliklərin XİİS-də nəzərə alınması aşağıdakı hallarda həyata keçirilir:
– funksional təsnifatın bölmələri daxilində baş kredit sərəncamçısının tabeliyində olan təşkilatların xərclər smetasında iqtisadi təsnifatın eyni xərc maddələri arasında dəyişiklik edildikdə;
– “Büdcə sistemi haqqında” qanuna əsasən təşkilatın xərclər smetalarında müvafiq yerdəyişmələr aparıldıqda.