Hər bir su təchizatı zonası üçün təzyiq tənzimləyiciləri ilə təchiz edilmiş ayrı-ayrı boru kəmərlərinin çıxışını təmin edən nasosların və digər avadanlıqların qoyulması yolu ilə su təchizatı sisteminin zonalaşdırılması nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yüksək komfortlu yaşayış binalarında yalnız içmək və qida hazırlığına paylanması üçün içməli suyun əlavə təmizlənməsi sisteminin layihələndirilməsinə yol verilir.