Yığma elementlərin sonuclarının birləşmələri və laylı konstruksiyalar qrunt əsasın qeyri-bərabər çökməsindən və digər istismar təsirlərindən yaranan temperatur-nəmlik deformasiyalarına və digər təsirlərə hesablanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Açıq birləşmələrdə istifadə olunan sıxlaşdırıcı və germetikləşdirici materiallar mənfi temperatur və islanma təsirindən elastiklik və adgeziya xassələrini saxlamalı və ultrabənövşəyi şüalara dayanıqlı olmalıdır. Germetika materialları konstruksiyaların qovuşma yerlərində onların mühafizə və mühafizə-dekorativ örtük materialları ilə birləşə bilən olmalıdırlar.