Azimut və maillik bucağı üzrə cənuba cəhətlənmiş maili damlarda günəş panellərinin quraşdırılması dam örtükləri üzərində dayaq elementləri bərkidilmiş alüminium profillər vasitəsi ilə yerinə yetirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Günəş fotovoltaik modulların binaya bərkidilməsində dam örtüyünün bütövlüyünü və binanın mexaniki etibarlılığını saxlamaq lazımdır və AzDTN 2.1-1 normativ sənədinin tələbləri yerinə yetirilməlidir.