İstilik generatorları, o cümlədən bərk yanacaqla işləyən soba və buxarılar (kaminlər), bişirmə tavaları və tüstü bacaları evin yanğın təhlükəsizliyini təmin edən konstruktiv tədbirlər həyata keçirməklə AzDTN 2.12-2 və AzDTN 2.13-1-in tələblərinə müvafiq yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
İstilik generatorları və zavod istehsalı olan bişirmə pilətələri istehsalçı müəssisənin təlimatında olan təhlükəsizlik tələbləri nəzərə alınaraq quraşdırılmalıdır. Bərk yanacaq anbarının evin birinci, kürsülük mərtəbələrində və ya zirzəmidə yerləşdirilməsinə yol verilir.