Dövlət satınalmaları haqqında” qanuna və ya Mülki Məcəlləyə uyğun olaraq malların, işlərin və xidmətlərin dəyərinin satınalma müqaviləsi və ya mülki müqavilə əsasında ödənilməsini nəzərdə tutan xərclər üzrə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə əməliyyatlarının aparılması üç ardıcıl mərhələdən ibarət olmaqla təşkil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Həmin mərhələlər aşağıdakılardır:
– satınalma müqaviləsinin və ya mülki müqavilənin xəzinə uçotuna qəbul edilməsi və həmin müqavilələr üzrə təşkilatın satın aldığı mallara, iş və xidmətlərə görə Operator tərəfindən öhdəliyin götürülməsi;
– təşkilat tərəfindən satınalma müqaviləsi və ya mülki müqavilə üzrə malların satın alınmasını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin və ya bu sənədlər təqdim edilmədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qabaqcadan ödənişin həyata keçirilməsi üçün qabaqcadan ödəniş üzrə sifariş sənədinin qəbul edilməsi;
– kassa məxaric əməliyyatlarının həyata keçirilməsi.