İsitmə dövründə, müvafiq tikinti rayonlarında xarici havanın hesablama parametrləri üzrə evin istilik sistemi və qoruyucu konstruksiyaları, evdə daxili havanın temperaturunun DÜİST 30494 ilə yol verilən hüdudlarda təmin olunmasına hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.

AzDTN 2.12-2-yə əsasən insanların daimi olduğu bütün yerləşgələrdə 20°C-dən, mətbəxlərdə (mətbəx-yeməkxana və mətbəx-dolablarda) və ayaqyolularda 18°С-dən, vanna otaqlarında, duşlarda və sanitar qovşaqlarda 24°C-dən az olmayan temperatur nəzərdə tutulmalıdır.