Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində (böyük inspektorlar), Baş idarənin struktur qurumlarının tərkibində olan baş mütəxəssis (böyük inspektor) və böyük mütəxəssis (inspektor) daxil olmuş müraciətləri ümumiləşdirir, vətəndaşların müraciətləri və hüquqi maarifləndirmə ilə əlaqədar statistik hesabatların hazırlanmasında iştirak edir və işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Bu inspektorlar həmçinin Baş idarənin fəaliyyəti ilə bağlı rəhbərliyinin tapşırıqlarını yerinə yetirir.