Büdcə ili ərzində bölüşdürülməsi nəzərdə tutulan xərclər üzrə smetalar ilkin olaraq Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən “Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi”nə (XİİS) daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Həmin xərclərin bölgüsü üzrə kredit sərəncamçısı müəyyən edildikdən sonra təşkilat 3 iş günü ərzində XİİS-də şəxsi hesab vərəqəsində dəyişiklik edir. Operator həmin dəyişiklikləri 2 iş günü ərzində yoxlayaraq təsdiq edir.