Yaşayış binalarının və mehmanxana, pansionat nömrələrinin vanna və duş otaqlarında traplar qoyulmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İctimai duş otaqlarında döşəmənin nov və ya trap istiqamətindəki mailliyi 0,01-0,02 qəbul edilməlidir. Novun eni 200 mm-dən və başlanğıc dərinliyi 30 mm-dən az olmamalıdır.