Günəş panel konstruksiyalarının bir neçə sıra üzrə yerləşməsi zamanı düzgün cəhətin və maillik bucağının seçilməsindən əlavə, modulların səthinin qarşı sıradakı günəş sistemlərinin özündən sonrakı sıra günəş sistemlərinə kölgə salmasına yol verilməməklə sıralar arasında məsafə təyin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Günəş panellərinin məhsuldarlığının artması üçün damın hansı istiqamətə cəhətlənməsi və gün ərzində nə qədər günəş işığı aldığı müəyyən edilir.