Daşınma zamanı müxtəlif səbəblərdən (mexaniki zədə, xəstəlik, xəstəliyə şübhəli hallarda və s.) ölən heyvanlardan və ya quşlardan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 dekabr tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”na uyğun olaraq, nümunələr götürülərək ekspertizası aparılmalı və ekspertiza rəyində göstərilən nəticələrdən asılı olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti ilə ölü heyvanlar və ya quşların zərərsizləşdirilməsi və ya utilizasiyası ilə bağlı tədbirlər həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.