İçməli suyun keyfiyyətində sanitariya-epidemioloji tələblərdən müvəqqəti yayınmalara hansı hallarda yol verildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İçməli suyun keyfiyyətində sanitariya-epidemioloji tələblərdən müvəqqəti yayınmalara aşağıdakı hallarda yol verilir:
– içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin təmin oluna bilmədiyi mövsümi, iqlim təsirləri, təbii və ya texnogen xarakterli fövqəladə hallar, qəzalar zamanı;
– içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yayınmasının yol verilən hədləri dövlət sanitariya nəzarəti orqanları ilə razılaşdırıldıqda;
– içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yol verilən yayınmasının davam etmə müddəti məhdudlaşdırıldıqda;
– içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yol verilən yayınmasının davam etdiyi dövrdə əhalinin sağlamlığına mənfi təsiri olmadıqda;
– əhaliyə içməli suyun tələb olunan keyfiyyət göstəricilərinin sanitariya-epidemioloji tələblərdən yayınması və onun davam edəcəyi müddət barədə, sağlamlıq üçün riskin olmaması barədə vaxtında və dəqiq məlumatın, həmçinin içməli sudan istifadə barədə tövsiyələrin verilməsi təmin olunduqda.