İki zonalı su təchizatı sistemi olan yüksək komfortlu yaşayış binalarındakı mənzillərdə dik boruları bölmə qovşaqlarında (su təchizatı zonalarını ayıran) birləşdirən üfüqi boru kəmərlərinin çəkilməsini aradan qaldırmaq üçün nələri yerinə yetirmək lazım olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
İki zonalı su təchizatı sistemi olan yüksək komfortlu yaşayış binalarındakı mənzillərdə dik boruları bölmə qovşaqlarında (su təchizatı zonalarını ayıran) birləşdirən üfüqi boru kəmərlərinin çəkilməsini aradan qaldırmaq üçün aşağıdakıları yerinə yetirmək lazımdır:
– birinci zonanın sirkulyasiya dik borularını suayırıcı dik boruları ilə yanaşı yerləşdirmək, bu zaman onların bölmə qovşaqlarına birləşdirilməsi döşəməaltı texniki sahədə, zirzəmidə və ya binanın yaşayış olan və olmayan hissələri arasındakı texniki mərtəbədə yerinə yetirilməlidir; ikinci zonanın sirkulyasiya dik boruları birinci zonanın dik boruları ilə yanaşı çəkilir və sonradan onlar birinci zonanın dik borularının qovşaqları olan otaqlarda bölmə qovşaqlarına birləşdirilir;
– çardağı olmayan və ya isti su dik borularını mansard otaqlarında birləşdirmək mümkün olmadıqda bir zonalı su təchizatına malik yaşayış binalarında dik boruların bölmə qovşaqları şəklində birləşdirilməsi iki zonalı su təchizatı sistemində olduğu kimi yerinə yetirilməlidir.
Konkret həcmi-planlaşdırılma həllərindən asılı olaraq isti su təchizatının digər sxemləri nəzərdə tutula bilər.