İşıq boşluqları sahələrinin yaşayış otaqlarının və mətbəxin döşəmə sahəsinə nisbəti 1:8-dən az olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi yaşayış evləri. Layihələndirmə normaları”nda əksini tapıb.
Mansarda mərtəbələri üçün verilən nisbətin 1:10-dan az olmamasına yol verilir. Yaşayış otaqlarında və mətbəxdə təbii işıqlanma təmin olunmalıdır. Evin daxilində yerləşdirilmiş ictimai təyinatlı sahələr üçün təbii işıqlanmanın zərurəti Tikinti Norma və Qaydaları və Q 2.08.02-ə uyğun olaraq müəyyənləşdirilməlidir.