İstismarda olan binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlər, həmin binaların yenidən qurulması, bərpası və əsaslı təmiri zamanı həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.

Binalar yenidən qurularkən, o cümlədən yük daşıyan konstruksiyalarda dəyişikliklər edildikdə və ya konstruksiyalar əvəzləndikdə bu normaların tələblərinin binaların yalnız dəyişiklik edilmiş -konstruksiyaları əvəzlənmiş hissəsinə şamil edilməsinə yol verilir. Bu halda AzDTN 2.12-4 normalarının tələbləri nəzərə alınmalıdır.