Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsində baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) Baş idarədə mühasibat uçotu və maliyyə təminatı işlərinin düzgün təşkil və icra olunmasını təmin edir və Dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsi üçün tədbirlər görür, bununla əlaqədar bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş məsləhətçi (mühasib) və məsləhətçi (mühasib) həmçinin Dövlət büdcəsindən ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarını, habelə qulluq illərinə, xüsusi rütbələrə, ixtisas dərəcələrinə və elmi dərəcəyə görə əlavələri, digər müavinətləri və mükafatları hesablayır və ödənilməsini təmin edir.