Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin abidəsi Astanadan götürülüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Nurlan Yermekbayevin əmri ilə “Qazaxıstan Respublikasının ilk prezidenti adına Milli Müdafiə Universiteti — Elbası” adı “Qazaxıstan Respublikası Milli Müdafiə Universiteti” olaraq dəyişdirilib.

Hazırda abidə Müdafiə Nazirliyinin binalarından birində müvəqqəti saxlanılır.