Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcəyi qeyd edilib.