Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmin maddələrdən Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada ekspert tərəfindən nümunənin götürülməsini, qalan hissəsinin isə məhv edilməsini və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.
Bunu Heftelik.az-a vəkil Araz Nurməmmədov bildirib.