Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir, Baş idarənin struktur qurumlarının tərkibində olmayan işçilər arasında vəzifə və iş bölgüsü aparır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis həmçinin Baş idarənin struktur qurumlarının, habelə qeydiyyat şöbələri, notariat ofisləri, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti və Dövlət notariat arxivinin fəaliyyətinə və işinin əlaqələndirilməsinə nəzarət edir, Baş idarənin işçiləri tərəfindən vəzifələrinin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir.