Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisinin müavinləri Baş idarənin, onun struktur qurumlarının qeydiyyat şöbələrinin və notariat ofislərinin işinin Baş idarə rəisinin müəyyən etdiyi iş bölgüsünə əsasən əlaqələndirilməsinin təşkilinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis müavinləri həmçinin Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarənin rəisinə təkliflər verir, səlahiyyətinə aid edilmiş məsələlər üzrə inzibati xətalara dair işlər üzrə protokollar tərtib edir, inzibati xətalar haqqında işlərə baxır, Baş idarənin iş planının, habelə baş idarənin rəisi tərəfindən verilmiş verilmiş göstərişlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir, Baş idarənin və aidiyyəti struktur qurumlarının işçilərinin icraatında olan sənədlərin düzgün və vaxtında icra olunmasına nəzarət edirlər.