Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı bıçaqlanıb.

Heftelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Moskva şossesində “Wildberries” onlayn mağazasının anbarı yaxınlığında baş verib.

Onlayn mağazanın anbar işçisi olan 33 yaşlı azərbaycanlı döş qəfəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun əvvəllər məhkum olunmuş 35 yaşlı Tacikistan vətəndaşı tərəfindən bıçaqlandığı müəyyən olunub.

Həmin şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə cinayət məsuliyyətinə cəlb olunub.