Açılmış xəzinə hesabının bağlanması həmin hesabın açılması ilə bağlı müraciət edən təşkilatın yazılı müraciəti əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Dövlət idarəetməsində mövcud icra strukturlarının əsasında yeni qurum yaradıldıqda, əvvəlki strukturlara məxsus xəzinə hesabının bağlanması yeni yaradılan qurumun müraciəti əsasında həyata keçirilir. Açılmış xəzinə hesabı operator – Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən bağlanır. Xəzinə hesabı bağlanarkən təşkilatla operator arasında üzləşmə sənədi tərtib edilir. Üzləşmə sənədinin forması tərəflər arasında razılaşmaya əsasən müəyyən edilir.