Xəzinədarlığın İnformasiya İdarəetmə Sistemi maliyyə əməliyyatlarının və xəzinə uçotunun həyata keçirilməsini təmin edən mübadilə əsaslı informasiya ehtiyatları sistemidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Gəlir qanunvericiliklə nəzərdə tutulmuş qaydada maliyyə tələbatını qarşılamaq üçün əldə olunan və büdcə təsnifatına uyğun olaraq xəzinə uçotuna qəbul edilən milli və xarici valyutada olan pul vəsaiti, xərc qanunvericiliklə nəzərdə tutulmuş qaydada maliyyə tələbatı üzrə istifadə olunan və büdcə təsnifatına uyğun olaraq xəzinə uçotuna qəbul edilən milli və xarici valyutada olan pul vəsaitidir.