Yağış kanalizasiyası olmayan hallarda daxili suaxıdıcılardan yağış suları bina yanındakı açıq kanala axıdılır (açıq buraxılış); bu zaman bina ətrafında torpağın yuyulmasının qarşısını alan tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Açıq buraxılış qoyulduqda bina daxilindəki dik boruda hidravlik sifon nəzərdə tutulmaqla ərimiş qar sularının qış aylarında məişət kanalizasiyasına axıdılması nəzərdə tutulmalıdır.