Bu gün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində əhaliyə qaz əvəzinə “hava” verilib.
Heftelik.az-ın məlumatına görə, səhər saatlarında etibarən qaz verilişi dayandırılıb.
Saat 17.00 radələrində isə vətəndaşlar qaz əvəzinə hava vurulduğunun şahidi olub, qaz peçi və digər qurğularını açan vətəndaşlar yarım saatdan çox müddətdə ancaq təzyiqli hava ilə qarşılaşıblar.
Hələ də əhaliyə qaz əvəzinə hava verildiyi üçün bu soyuq havada qurğuları işə salmaq mümkün olmur. Beləliklə, qaz sayğacları da təzyiqlili havaya qaz kimi ödəniş yazır…
Vətəndaşlara 104 Çağrı Mərkəzindən bildirilib ki, hava gəlirsə, hələlik qazı açmasınlar…
Bununla bağlı Heftelik.az videogörüntüləri təqdim edir: