Ədalətə inanmaq lazımdır

13 Yanvar 2024, 18:30

Cənab Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına fəaliyyətinin 20 illiyinə dair hesabat vermişdir Möhtərəm Prezident öz şəxsində güclü və qüdrətli Azərbaycan obrazını canlandırdı. Onun müsahibəsində uğur qazanmaq üçün ədalətli addımlar atmaq lazım olduğu qeyd edilmişdir. Ugurun Zəfər zirvəsi 44 günlük müharibədə öz əksini tapmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası haqqın və ədalətin təntənəsidir.

Ədalətə İnanmaq. Ulu Öndər Heydər Əliyev gənc respublikanı odun alovun içərisindən tapıb cəmiyyətə təqdim etmişdir Bu böyük şəxsiyyətin ədalətə inam hissi Qarabağ dərdimizi zəfərlə tamamlamağa imkan verdi.

Prezident İlham Əliyev 2003-cü ildən eyni kursu reallaşdırmaqla Qarabağımızı bizlərə bəxş etmişdir. Dövlət başçımız Ulu Öndər kimi bütün mötəbər beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini təbliğ etdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər siyasi dərsliklərə düşəcək qədər mötəbərdir. Əlbəttə, biz hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətin tarixində əbədi qalacaq.

Əlbəttə, ali hədəfə gedən yol heç də asan olmur. 2020-ci il Vətən müharibəsində minlərlə şəhidlər verdik. Azərbaycan cəmiyyəti 20 il ərzində yaxdı gördü ki, əgər dövlətimizin başçısı məsələyə səbirli münasibət göstərdisə deməli hədəfə doğru irəliləyir. Tam qətiyyətlə demək olar ki, 2020-ci ildən sonrakı psixoloji müharibənin ən böyük komponenti dövlət başçımızın təmkinidir. Lakin səbir kasasının dolduğu anlar da olur. Möhtərəm Prezident bununla bağlı məqamları da açıqlayır. Buna misal olaraq antiterror tədbirlərini deyə bilərik. Dövlətimizin başçısı antiterror tədbirlərini labüdləşdirən məqamları açıqlayır və bu sırada beynəlxalq qütblərin bəzi qərəzli məqamlarını açıqlayır.

Sonda mən də onu deyə bilərəm ki, 2024-cü il fevralın 7 də Prezident seçkilərində Cənab Prezident İlham Əliyevi bir daha seçməklə ədalətli addım atmış olarıq.

 

Rəsmiyyə Fərzəliyeva

Nəsimi rayonu, 266 nömrəli tam orta məktəb