“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Habil Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulmuşdu. O, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Habil Vəliyev 202-ci ilin dekabrında azadlığa buraxılmışdı.