Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 yanvarın tarixində yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı cənab Prezident jurnalistlərin ona ünvanladığı suallara ətraflı və geniş şəkildə cavablandırıb. Suallar müxtəlif sahələri əhatə edib. Dövlət başçısı İlham Əliyev müsahibə zamanı son 20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Azərbaycan dünyanın ən güclü dövlətlərindən biridir. Bu, həm beynəlxalq, həm də regionda bir çox ölkələr üçün daxili siyasət prioritetlərinin düzgün seçilməsini nümayiş etdirən nümunə ola bilər və həqiqətən müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
Bu gün ölkənin qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tamamilə bərpa edilib və bu gün Azərbaycan xalqı suverenliyini tam bərpa edərək 2024-cü ilə başlayır. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.
Xalqı qarşısında Prezident kimi üzərinə götürdüyü bütün öhdəlikləri ləyaqətlə yerinə yetirən İlham Əliyev cənabları ən böyük vədinə də sadiq qalaraq möhtəşəm Zəfərlə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müsahibəsində Prezidentimiz bu məsələnin üzərində xüsusi olaraq dayandı və Qələbəmizin əhəmiyyətini və rolunu ətraflı izah etdi. Sözsüz ki, bu, böyük tarixdir və bunu dövlətimizin başçısı cənab İlham Əliyev yazıb. Qeyd edək ki, işğala son qoyaraq Azərbaycanın formalaşdırdığı yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və ümumilikdə bütün regionun hərtərəfli inkişafını hədəfləyir. Təəssüf doğuran məqam isə odur ki, buna mane olmağa çalışan dövlətlər də var. Məsələn, nədənsə Fransa bundan çox əndişə keçirir, bölgədə sabitliyi pozmağa çalışır, hətta Ermənistana silah ötürür, münasibətlərin normallaşmasına mane olmağa cəhd edir. Təbii ki, arzuları ürəklərində qalacaq. Necə ki, 30 il havadarlıq etdikləri, hərtərəfli dəstək verdikləri Ermənistanın işğal siyasətini Azərbaycan tamamilə iflasa uğratdı. Prezidentimiz həmçinin müsahibəsində “Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik” mesajını verdi. Ermənistan hakimiyyəti və cəmiyyəti tarixə nəzər salıb bu fikri də ciddi nəzərə almalı, Fransanın yalançı vədlərinə və fitnələrinə uymamalıdır”.
Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar apardığına dair ifadələri əks olunub : “Rusiya bir neçə dəfə müharibəni dayandırmaq üçün səylər göstərmişdi və Azərbaycan hər zaman öz şərtlərini açıq şəkildə səsləndirirdi. Separatçılar bizim torpağımızdan çıxmalıdır və bunun tarixini verməlidir, təqvim verməlidir nə vaxt çıxacaq. Noyabrın 10-da bizə tarix verildi və biz müharibəni dayandırdıq”.
Müsahibədə xüsusi yer alan Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına yönəldib. Dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi dövründə ən çox Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də danışıqlar apardığına dair ifadələri əks olunub: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”. “Dövlət başçısının “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri bu qardaşlığın sarsılmazlığının, dərin köklərə malik olduğunun təqdimatıdır. Prezidentlərin şəxsi dostluğu ölkələrimizin, xalqlarımızın daha sıx birləşməsində, gələcəyə doğru birgə addımlamalarında öz sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Hər iki dövlətə nüfuz qazandıran daim ədalətin və beynəlxalq hüququn yanında olmalarıdır.
Prezident qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik: “Bu hadisələrin gedişatı onu göstərdi ki, – hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, – bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”.
Dövlətimizin başçısı onu da diqqətə çatdırıb ki, bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər.
Dövlətimizin başçısı Azərbaycanın hələ də Ermənistanın işğalı altında qalan sərhəd kəndləri məsələsinə də toxunub. Bildirib ki, həmin səkkiz kəndlə bağlı həm Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyindədir: “Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.
Sözügedən müsahibə hazırkı dövrün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri və onların əsasında soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı barədə də dolğun məlumatı xalqımıza çatdırıb: “Son üç ildə bu istiqamətdə görülən işlərin davamı olaraq infrastruktur layihələrinin icrası davam etdiriləcək. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiqlənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı əsas alətimizdir. Keçmiş köçkünlərin bu il beş şəhərə – Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqları nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması planlaşdırılır. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib”.
Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı”.
“Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə də bağlı məsələlərə münasibət bildirdi. Bununla bağlı Azərbaycan tərəfinin mövqeyi qəti və dəyişməzdir: dəhliz əvvəlki yerdən – Mehri ərazisindən keçməli, Azərbaycan üçün maneəsiz keçid olmalı, təhlükəsizlik təmin edilməli və s. Görürük ki, Ermənistan bununla bağlı üzərinə götürdüyü öhdəlikdən boyun qaçırır. Dəhlizin əhəmiyyətini və onlara gətirəcək xeyri hələ də anlamırlar. Real vəziyyətdə isə onlar daha çox dəhlizin açılmasında maraqlı olmalıdırlar, əks təqdirdə yenə də bir çox layihələrdən kənarda qalacaqlar.
Qeyd edildiyi kimi, dövlət başçısı İlham Əliyev “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi: “Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Dövlət başçısı İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq.
İlham Əliyevin bildirdi ki, “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Prezidentimiz də bu məsələyə toxundu və bunu böyük hadisə adlandırdı. Məlumdur ki, Azərbaycan uzun illərdir beynəlxalq və regionlar tədbirlərin, qlobal əhəmiyyətli müzakirələrin aparıldığı və dünyanı narahat edən problemlərlə bağlı vacib qərarların qəbul edildiyi məkan kimi tanınır. Və ev sahibliyi etdiyi bütün tədbirlər yüksək səviyyədə və nümunəvi şəkildə təşkil olunur. Məhz bunun davamıdır ki, bu cür qlobal tədbirlərin Azərbaycanda keçirilməsinə etibar olunur. Təbii ki, COP29 indiyədək ölkəmizdə keçirilən digər tədbirlərdən əhəmiyyətinə və miqyasına görə xeyli fərqlənir. Prezident İlham Əliyevin də dediyi kimi bu, BMT Baş Assambleyasından da daha mötəbərdir. Bir sözlə, Bakı tədbir çərçivəsində beynəlxalq mərkəz rolunda çıxış edəcək, 80 minə yaxın xarici qonağı qarşılayacaq. Əminik ki, Azərbaycan bunun da öhdəsindən layiqincə gələcək”.
Dövlət başçısı İlham Əliyev müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bunu şərtləndirən əsas amil ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Seçkilərin məhz 2024-cü ilin fevral ayına təyin olunmasını şərtləndirən digər amil bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi ilə əlaqədardır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir: “Mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Növbədənkənar prezident seçkilərini şərtləndirən digər amil İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək. Həqiqətən də, bir xalq olaraq çox xoşbəxtik ki, ötən illərə nəzər salanda, həll edilməmiş bir problemimizin qaldığını, reallaşmayan arzumuzu görmürük və gələcəyə yeni arzularla gedirik. Biz bu seçkilərə müzəffər xalq kimi qatılacağıq, qürurla seçimimizi edəcəyik. Bunu tarix sübut edir ki, qədirbilən xalqımız seçimində müdrikdir, öz gələcəyini, Vətəninin parlaq sabahını etibarlı, sınanmış, təcrübəli şəxsə etibar edir. İnanırıq ki, İlham Əliyev cənablarının rəhbərliyi ilə bizi gələcəkdə daha böyük qələbələr, fəth ediləcək zirvələr, o cümlədən dirçəlmiş, sakinlərini bağrına basmış Qarabağımız gözləyir”.
Dövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir”.
Gülüstan Babayeva
Nəsimi rayonu, İlyas Əfəndiyev adına Elitar Gimnaziya