Yanvarın 14-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, gecə və səhər duman olacaq.

Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.