İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində 6 türk əsgəri şəhid olub, 2-i ağır olmaqla 8 hərbçi yaralanıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüşlər zamanı 12 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə mediası PKK terrorçularının dumanlı hava şəraitindən istifadə edərək Metina bölgəsindəkiki hərbi bazaya qumbaralar atdığını yazıblar. Bölgədə çoxsaylı mağaralar və kəndlər var və terrorçular da mağaralarda, o cümlədən kəndlərdə gizlənərək terror aktları törədirlər.