Tanınmış aparıcı Elvin Basqallı və ailə üzvlərinin düşdüyü qəzanın bəzi təfərrüatları məlum olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Elvin Basqallıya məxsus “Hyundai” markalı minik avtomobili 3 dəfə aşıb.

Qəza nəticəsində aparıcının anası yüngül xəsarət alıb. Elvin Basqallı və digər ailə üzvlərinin durumu isə yaxşıdır.

***

saat 15.52

Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

Heftelik.az-ın Manset.az-a istinadən verdiyi məlumata görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə də aşıb.

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Lent.az aparıcının durumunun ağır olduğunu yazıb.