Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.
***
saat 17.25
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
***
saat 17.04
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
saat 13.04
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Asif Məmmədli, Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov hadisə yerinə gəlib.
Bakıda sexdə partlayış nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir.