Xəzinə hesabı bağlanarkən təşkilatın qabaqcadan ödənişlərlə (avans) və kreditor borcları ilə bağlı qalıqları xəzinə uçotunda saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nda əksini tapıb.
Açılmış xəzinə hesablarının rekvizitləri 28 simvoldan ibarət olur və həmin simvolda vahid büdcə təsnifatı üzrə müəyyən edilmiş inzibati təsnifat kodlarının son 3 rəqəmi nəzərə alınır.
Təşkilatın adı dəyişdirildikdə və ya yenidən təşkil edildikdə həmin təşkilatın xəzinə hesabı bağlanır və təşkilata yeni xəzinə hesabının açılması bu Qaydada nəzərdə tutulmuş qaydada həyata keçirilir.