Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisinin müavinləri idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, işin səmərələşdirilməsi və fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, qeydiyyat şöbələrinin və notariat ofislərinin işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə onların müvafiq kurs və treninqlərə cəlb edilməsi, habelə digər müvafiq tədbirlərin görülməsi ilə bağlı Baş idarənin rəisinə təkliflər verir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Rəis müavinləri həmçinin Ədliyyə sahəsində xidmətlərin təkmilləşdirilməsi, o cümlədən elektronlaşdırılması işində iştirak edərək Baş idarənin rəisinə təkliflər verir, Baş idarədə kargüzarlıq işini təşkil edir, Baş idarənin, qeydiyyat şöbələrinin, dövlət notariat ofislərinin, Dövlət notariat arxivinin zəruri avadanlıqlarla, habelə müvafiq normativ aktlar, kitab, şəhadətnamə blankları, digər blanklar və başqa vasitələrlə təchiz olunmasını təmin edir, onların saxlanmasına, uçotuna və istifadə olunmasına nəzarəti təşkil edirlər.